İsmayıllı rayon icra başçısı sakinləri qəbul edib və onların müraciətlərini dinləyib. Bu barədə ShimalNews 21 dekabr tarixində İH-yə istinadən məlumat verir.
Görüşdə rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri şəhid ailələri, qazilər, müharibə iştirakçıları və digər vətəndaşları narahat edən məsələləri dinləyiblər. Qaldırılan bütün müraciətlərin həlli üçün aidiyyəti şəxslərə tapşırıqlar verilib.