İsmayıllıda “Öz layihəni yaz” təlimi keçiriləcək. Bu barədə ShimalNews 20 dekabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
Təlim bu gün saat 14:30-da İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində baş tutacaq. Təlimçi qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı Günel Alızadə çıxış edəcək. Seminarda DPTM-in müəllimlərinə layihə yazarkən diqqət edilməli məqamlar, layihələrin idarə olunması ilə bağlı məlumatlar veriləcək.
“Öz layihəni yaz” təlimi İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.