Gənclər və İdman Nazirliyi Xaçmaz, Quba və İsmayıllı üzrə idman həftəsinin afişanı açıqlayıb. Bu haqda ShimalNews 19 dekabr tarixində nazirliyə istinadən məlumat verir.
Cədvəli təqdim edirik:
Quba
– Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş boks üzrə rayon birinciliyi – 21 dekabr (Şahdağ-Quba İdman klubu).
Xaçmaz
– “İdman Hamı üçün” layihəsi çərçivəsində kikboksinq üzrə açıq rayon birinciliyi – 19 dekabr (Xaçmaz Olimpiya İdman Kompleksi);
– “Sağlam Həyat Naminə” devizi altında uşaq, yeniyetmə və gənclər arasında atletika üzrə rayon birinciliyi – 20 dekabr (Xaçmaz rayonu, Yalama kəndi);
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş taekvondo üzrə uşaq, yeniyetmə və gənclər arasında açıq birincilik – 22 dekabr (Xaçmaz Olimpiya İdman Kompleksi);
– 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə rayon birinciliyi – 25 dekabr (Xaçmaz Olimpiya İdman Kompleksi).
İsmayıllı
– “Kəndlərdə idmanı inkişaf etdirək” devizi altında atletika üzrə idman tədbiri – 23 noyabr, saat 11:00 (Lahıc qəsəbə tam orta məktəbi).