İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyi 50 illiyini qeyd edir. Bu barədə ShimalNews 19 dekabr tarixində adıçəkilən təhsil müəssisəsinə istinadən məlumat verir.
Eldar Məmmədov adına məktəb 1972-ci ildə fəaliyyətə başlayıb və İsmayıllının təhsil həyatında və ictimai mühitində xüsusi rol oynayan şəxsiyyətləri yetişdirib.
“Bu dünyanın ən zəngin sarayı – məktəb, ləl-cəvahiratı isə müəllimlərdir. O, məktəb ki, qoynunda minlərlə şagirdi böyütmüş, onları həyata hazırlamış, o, müəllimlər ki, öz övladlarından, şəxsi həyatından daha çox şagirdlərini düşünmüş, fədakarlıqlar etmiş”, – 3 nömrəli məktəb-liseyin müəllimi bildirib.
Təhsil ocağının bütün kollektivini təbrik edirik! Məktəbin bundan sonrakı fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!