İsmayıllıdan olan məktəblilər Gənclərin Xalq Yaradıcılığı Beynəlxaq Festivalında iştirak edəcəklər. Bu barədə ShimalNews 19 dekabr tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Festivala qatılmaq üçün gənclərdən ibarət rəqs qrupu Bakıya yola düşüb. Rəqqaslar İsmayıllı Rayon Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbində təhsil alırlar.
Gənclərin Xalq Yaradıcılığı Beynəlxaq Festivalı Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilir.