İsmayıllıda Dövlət Gömrük Komitəsi sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov vətəndaşlarla görüş keçirəcək. Bu barədə ShimalNews 17 dekabr tarixində məlumat verir.
Qəbul dekabrın 23-ü, saat 10:00-da İsmayıllı şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Burada iştirak etmək istəyən İsmayıllı və Ağsu rayonlarının sakinləri “192” Çağrı Mərkəzinə zəng edərək görüşə yazıla bilərlər.