Xaçmazın Nərəcan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 16 dekabr tarixində məlumat verir.

Hadisə dekabrın 15-i axşam saatlarında qeydə alınıb. Xaçmaz-Xudat yolu ilə əks istiqamətdə hərəkət edən “DAF” yük avtomobili və “VAZ-2102” toqquşub.

İlkin məlumata görə, “VAZ” avtomobilinin sürücüsü xəsarət alıb.