Xaçmazda universal döyüş üzrə rayon birinciliyi keçirilib. Bu haqda ShimalNews 15 dekabr tarixində məlumat verir.

Yeniyetmələr və gənclər arasında baş tutan yarış Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Mübarizədə 7 çəki dərəcəsində 70 idmançı iştirak edib. Birinciliyin qalibləri rayon Gənclər və İdman idarəsinin diplom və kubokları ilə təltif olunublar.

Yarış Xaçmaz rayon Gənclər və İdman İdarəsinin dəstəyi, Universal döyüş Liqasının təşkilatçılığı ilə keçirilib.