Qubada evində tək yaşayan 55 yaşlı kişinin meyiti tapılıb. Bu barədə ShimalNews 16 dekabr tarixində xəbər verir.

Hadisə şəhərdə baş verib. Məlumata görə, Natiq adlı kişi 7 gün öncə dünyasını dəyişib. Cəsəd müvafiq qurumlar tərəfindən ekspertiza olunur.

Sakinlər bildiriblər ki, Natiq ruhi xəstə idi. Ailəli olub, lakin ayrılıb, 2 övladı var.