İsmayıllıda tələbələr ilə maarifləndirici görüş keçirilib. Bu haqda ShimalNews 16 dekabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
Tədbir Dövlət Humanitar və Texnologiya Kollecində baş tutub. Tələbələrlə “Zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər” mövzusunda danışılıb. Tədbir iştirakçılarına “Kompüter sistemlərində proqram təminatı” və “Aqronomluq” ixisasları üzrə təhsil alan tələbələrin hazırladıqları məlumatlar və slaydlar təqdim edilib.