İsmayıllı rayonunda bir sıra təhsil müəssisələrinin təmiri 674.964 manata başa gələcək. Bu haqda ShimalNews 16 dekabr tarixində məlumat verir.

Elm və Təhsil Nazirliyinin “Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi” ilin sonunda nazirliyin ən böyük tenderlərini açıqlayıb.

Məlumata görə, bu vəsait dam örtüklərinin əsaslı təmirinə xərclənəcək. İşlər “Mühəndislik Tikinti Təchizat” QSC şirkəti tərəfindən həyata keçiriləcək.