Sahil Babayev İsmayıllı sakinlərini fərdi qaydada qəbul edib. Bu haqda ShimalNews 16 dekabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir.

Qəbələ rayonunda keçirilən qəbulda şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da iştirak ediblər. Vətəndaşlar təminat növləri, o cümlədən pensiya və ünvanlı sosial yardım, müavinət, eləcə də əlillik, reabilitasiya xidmətlərinə və aktiv məşğulluq proqramlarına cəlb edilmə, mənzillə təminat və s. məsələlərlə bağlı müraciət ediblər.

Bir sıra sakin reabilitasiya və sosial xidmətlərə, aktiv məşğulluq proqramlarına cəlb olunmaları üçün qeydiyyata alınıb.