Elnur Rzayev növbəti dəfə sakinlərlə görüş keçirib. Bu barədə ShimalNews 15 dekabr tarixində Xaçmaz RİH-yə istinadən məlumat verir.

İcra başçısı bu dəfə də vətəndaşları fərdi qaydada dinləyib. Sakinlər işlə təmin olunma, torpaq sahəsinin ayrılması və sənədləşdirilməsi, təhsil və digər sosial müdafiə məsələləri ilə bağlı müraciət ediblər. Yerində həllini tapa bilməyən məsələlər müvafiq qurumlara yönləndirilib.

Elnur Rzayev qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.