Qubada Xalq artisti Əhməd Bakıxanovun anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu haqda ShimalNews 15 dekabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
Tədbir Uşaq İncəsənət məktəbində təşkil edilib. Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, Xalq artisti, professor, “Şöhrət” ordenli Prezident təqaüdçüsü, Dövlət Xalq Çalğı alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayev, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent, “Tərəqqi” medalı laureatı, Prezident mükafatçısı, beynəlxalq və respublika müsabiqələri laureatı, tarzən Sahib Paşazadə, beynəlxalq və respublika müsabiqələrinin laureatı, piano ifaçısı Sevinc Kərimova, regionda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin rəhbərləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri xatirə tədbirində iştirak ediblər.
Ustad tarzən və mahir pedaqoqun yubileyinə həsr edilən silsilə tədbirlər prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən keçirilir.