Bakı-Quba yolunda sutkanın qaranlıq vaxtında avtomobil velosipedçini vuraraq öldürüb. Bu haqda ShimalNews 15 dekabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Hadisə magistralın 76-cı km-də, Xızının Giləzi qəsəbəsindən keçən hissəsində baş verib.

Yolun təmir olunmuş, lakin istifadəyə verilməmiş hissəsində “Mitsibushi L 200” markalı xidməti avtomobil Bakı istiqamətində hərəkətdə olan velosipedçini vurub.

Nəticədə Giləzi qəsəbəsində yaşayan 55 yaşlı Əlirza Əliyev hadisə yerində ölüb. Avtomobilin Abşeron rayon sakini, 49 yaşlı Səfa Babayev tərəfindən idarə edildiyi məlumdur.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi araşdırma aparır.