Bakı-Quba yolunda 6 nəfərin ölümü ilə nəticələnən qəza baş verib. Bu haqda ShimalNews 15 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə magistralın 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes Vito” və T.İ.R. yük avtomobili toqquşub.
İlkin olaraq sürücü ilə birlikdə 6 nəfərin öldüyü bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.
