Xaçmazda keçirilən “Öz biznesini yarat!” layihəsi uğurla yekunlaşıb. Bu barədə ShimalNews 14 dekabr tarixində “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İB-yə istinadən məlumat verir.
Layihənin əsas məqsədi gənclər arasında sahibkarlığın inkişafına yardımçı olmaqdır. İki ay müddətində həyata keçirilən hər təlimə 45 nəfər gənc qatılıb. Təlimlərin sonunda fərqlənən gənclərə qazandıqları bilgilərlə bizneslərini yaratmağa maddi vəsait almaq üçün KOB evinə və yaxud biznes qurumlarına müraciət etmələri üçün köməklik göstərilib.
“Öz biznesini yarat!” layihəsi Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənir.