Qusar rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Milli Qəhrəman Çingiz Qurbanovun əziz xatirəsinə həsr olunmuş voleybol turnirinin yarımfinal və final oyunları keçirilib. Bu barədə ShimalNews 13 dekabr tarixində məlumat verir.
Açılış mərasimində iştirak edən Milli Qəhrəmanın atası Salman Qurbanov oğlunun qısa, lakin şərəfli ömür yolundan söz açıb, yarış təşkilatçılarına minnətdarlığını bildirərək komandalara uğurlar arzulayıb.
Turnirə Qusar şəhər 2 saylı, 3 saylı, 4 saylı, 6 saylı, Urva-1, Urva-2, Gədəzeyxur, Quxuroba məktəblərindən qızlardan ibarət komandalar qatılıb.
Ümumilikdə 104 iştirakçı gərgin mübarizə aparıb. Nəticədə Gədəzeyxur komandası ən yüksək nəticə göstərərək I yerə layiq görülüb. Urva-1 və 2 saylı tam orta məktəbin komandaları müvafiq olaraq II və III yerlərə sahib olublar.