Xaçmaz şəhərində nişanlanma xətləri boyanır. Bu barədə ShimalNews-a 12 dekabr tarixində məlumat daxil olub.
Piyada zolaqları N.Nərimanov və M.Rəsulzadə küçələrində yenilənir. Boyama işləri “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat idarəsinin əməkdaşları tərəfindən görülür. Yolun qeyd olunan hissəsində hərəkət qismən məhdudlaşdırılıb.

