Qubada 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 12 dekabr tarixində məlumat verir.

Qəza Əliqulu Nərimanov və Şah İsmayıl Xətai küçələrinin kəsişməsində qeydə alınıb. Burada “VAZ-2106” markalı minik avtomobili “Hyundai” markalı minik avtomobili ilə toqquşub.

Hadisə şahidlərinin sözlərinə görə, qəza “Hyundai”-in “VAZ”ın qarşısına çıxması səbəbindən olub.

Əraziyə YPX-nin əməkdaşları çağırılıblar.