İsmayıllıda qəza nəticəsidə 3 nəfər xəsarət alıb. Bu barədə ShimalNews 12 dekabr tarixində Unikal-a istinadən məlumat verir.
Hadisə “Günəşli” dairəsi adlanan ərazidə baş verib. Burada hərəkətdə olan “Ford” markalı avtomobil yolu keçən İsmayıllı rayon sakinləri olan piyadaları vurub. 52 yaşlı Zivər Mirzəyeva, 54 yaşlı Bəsti Qarakişiyeva və 38 yaşlı Aygün Səfərəliyeva təcili tibbi yardımın köməyi ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.