İsmayıllıda keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Regional Azərbaycan Çempionatı layihəsinin bağlanış mərasimi olub. Bu barədə ShimalNews 12 dekabr tarixində Kanal S-ə istinadən məlumat verir.

5 regionda təşkil edilən seçim turunda 70-dən artıq komanda mübarizə aparıb, lakin finala 28 komanda yüksələ bilib. Azərbaycan Çempionatının 1-cisi Gədəbəyin “Liberland” komandası, 2-cisi Gəncənin “Mindhunters” komandası, 3-cüsü isə Lənkəranın “Atom” komandası olub.