Xaçmaz rayon Heydər Əliyev Mərkəzində ulu öndərin anım günü ilə əlaqədar silsilə ekskursiyalar davam edir. Bu barədə ShimalNews 10 dekabr tarixində mərkəzə istinadən məlumat verir.

Mərkəzin budəfəki qonaqları İlxıçı kənd tam orta məktəbinin müəllim və şagirdləri olublar. Məktəbliləri Heydər Əliyevin ömür yolunu əks etdirən eksponatlarla, daha sonra isə 44 günlük Vətən müharibəsi zamanı şəhadətə ucalan şəhidlərimizə həsr olunan guşə ilə tanış ediblər.

Sonda Mərkəzin sərgi zalında “Şuşa ili” ilə əlaqədar keçirilmiş müsabiqənin qaliblərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.