Xudatda göbələkdən zəhərlənən 2 nəfərdən biri ölüb. Bu barədə ShimalNews 9 dekabr tarixində məlumat verir.
Məlumata görə, 78 yaşlı Roza Nemətova və onun 43 yaşlı qızı Çimnaz Ağayeva göbələk turşusundan zəhərlənərək ağır vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Nəticədə R.Nemətovanın həyatını xilas etmək mümkün olmayıb. Onun qızının vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.