İsmayıllı rayonunda 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 9 dekabr tarixində APA-ya istinadən məlumat verir.
Qəza İsmayıllı-Qaraməryəm avtomobil yolunda qeydə alınıb. Burada “VAZ-2106”, “Mitsubishi” və “Fiat” markalı avtomobillər toqquşub. Hadisə zamanı sürücülərdən biri xəsarət alıb. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.