Bir müddət öncə Dağıstanın cənubunda terrorçuların axtarışı haqqında məlumat yayılıb. Ehtimal edilir ki, onlar həbsxanalardan qaçıblar. Bu barədə ShimalNews 9 dekabr tarixində AZfront-a istinadən məlumat verir.
Bu məlumat yayımlanandan sonra, Qusar sakinləri Rusiya ilə sərhədə yaxın ərazilərdə yeni postların qurulmasını təsdiqləyən şəkilləri təqdim ediblər. Samur və Həzrə yaşayış məntəqələrinə yaxın postlarda isə güc strukturları əməkdaşları əllərində silahla hər bir avtomobili ciddi yoxlayırlar.
Bundan savayı, Samur qəsəbəsinin digər sakini məlumatla bölüşüb. O bildirib ki, məktəb direktoru hansısa terrorçuların qaçdığını deyib. Bu səbəbdən müəllimlərdən ehtiyatlı olmaqlarını və qapıları bağlı saxlamaqlarını xahiş edib.