İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq haqqında “Anlaşma Memorandumu” imzalanıb. Bu barədə ShimalNews 8 dekabr tarixində adıçəkilən mərkəzlərə istinadən məlumat verir.
Memorandum mərkəzlər arasında əməkdaşlıq haqqında tərəflərin geniş tədris və istehsalat bazasının, təcrübəli ixtisaslı kadrlarının mövcudluğunu, habelə müvafiq sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsini, tədrisin məzmununun təkmilləşdirilməsinin zəruriliyini və müasir peşə təhsili mərkəzinin quruculuğunda birgə əməkdaşlıq potensialını nəzərə alaraq, razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edir.