Qubada Beynəlxalq Könüllülər Gününə həsr olunmuş intellektual yarış keçirilib. Bu barədə ShimalNews 7 dekabr tarixində Quba Gənclər İdman İdarəsinə istinadən məlumat verir.

Yarış ASAN Təlim Mərkəzində baş tutub. Təşkilatçılıq Gənclər və İdman idarəsi, “ASAN Xidmət” mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən yerinə yetirilib.

“Könüllülük Həftəsi” yarışında fərqlənən könüllülər sertifikatlarla təltif olunublar.