Xaçmaz rayonu, Nazim İsayev adına Yeni-Həyat qəsəbə tam orta məktəbinin şagirdi idmanda uğur qazanıb. Bu barədə ShimalNews 7 dekabr tarixində məlumat verir.

10-cu sinifdə oxuyan Elmar Balakişiyev “Narkomaniyaya yox deyək!” devizi altında keçirilən kikboksinq yarışında iştirak edib. O, 55 kq çəkidə qızıl medal qazanaraq məktəbinin adını birincilər sırasına yazdırıb.