Xaçmazın Çiləgir kəndində icra başçısı Elnur Rzayev sakinlərlə görüş keçirib. Bu barədə ShimalNews 6 dekabr tarixində İH-yə istinadən məlumat verir.
Səyyar qəbulda, eləcə də Nərəcan, Ağtala, Sabiroba, Mürşüdoba və Mənçəroba kəndlərinin sakinləri iştirak ediblər.
Görüş iştirakçıları əvvəlcə Çiləgir kənd tam orta məktəbinin həyətində şəhid Əfqan Yəhyayevin büstünü ziyarət ediblər, şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Burada qaz və su təchizatı, məktəb və tibb məntəqəsinin təmiri, eləcə də digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Sonda Vətən müharibəsinin iştirakçılarına təltif olunduqları medallar təqdim olunub.