Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasını 10 nəfər əcnəbi vətəndaş pozmaq istəyib. Bu barədə ShimalNews 6 dekabr Dövlət Sərhəd Xidmətinə istinadən məlumat verir.

Dekabr ayının 4-də saat 03:30-da Şri-Lanka Demokratik Sosialist Respublikasının vətəndaşları qeyri-leqal miqrasiya məqsədilə Azərbaycandan Rusiyaya keçmək istəyiblər.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər ölkəmizə rəsmi qaydada gəliblər. Daha sonra onların dövlət sərhədini pozaraq Rusiyaya, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.