Qusarda qadın oğulluğu tərəfindən bıçaqlanıb. Bu barədə ShimalNews 6 dekabr tarixində Report-a istinadən məlumat verir.

R.Yüzbəyov ögey anası, 45 yaşlı Şəfəq Əzizovaya mübahisə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirib. Piral kənd sakini təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Kənd sakinlərinin sözlərinə görə, Yüzbəyov ruhi xəstəlikdən əziyyət çəkir.

Araşdırma aparılır.