Qubada ağac sınaraq yolun hərəkət hissəsinə düşüb. Bu barədə ShimalNews 5 dekabr tarixində məlumat verir.

Hadisə ötən gün saat 12:00 radələrində Quba-Qəçrəş yolunda baş verib.

“Roman” restoranının yanında irigövdəli ağac sınaraq yola aşıb. Əraziyə Quba Mənzil Kommunal Təsərrüfatının işçiləri cəlb olunublar, ağac kəsilərək götürülüb.

Yolun hərəkət hissəsinə düşən ağac avtomobillərin hərəkətinə maneə yaratmışdır.