İsmayıllı rayonunda sərnişin miniveni ağır qəzaya uğrayıb. Bu barədə ShimalNews 5 dekabr tarixində FHN-ə istinadən məlumat verir.

Hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrində baş verib. Hərəkətdə olan “Mercedes Vito” markalı minivenin sürücüsü idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çarpılıb.

Hadisə zamanı 36 yaşlı sürücü Eltun Yusifov və sərnişinləri sıxılmış vəziyyətdə qalaraq müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

İsmayıllıda miniven ağır qəzaya uğrayıb: xəsarət alanlar var
Foto FHN