İsmayıllıda əkinçilik sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçiriləcək. Bu barədə ShimalNews 5 dekabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən məlumat verir.
Tədbir dekabrın 16-sı saat, 11:00-da Qalınçaq kənd icra nümayəndəliyinin binasında keçiriləcək. Burada aşağıda göstərilən qurumlar iştirak edəcəklər:
- Kənd Təsərrüfatı Nazirliyi;
- Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi;
- İsmayıllı Rayon İcra Hakimiyyəti;
- Dövlət Məşğulluq Agentliyi;
- Aqrar Kredit və İnkişaf Agentliyi;
- “Aqrar Tədarük və Təchizat” ASC;
- İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzi;
- Aqrar Xidmətlər Agentliyi;
- Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC;
- Meliorasiya və Su Təsərrüfatı ASC;
- Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC;
- İqtisadiyyat Nazirliyi Dağlıq Şirvan regional bölməsi;
- Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası;
- Müvəkkil kredit təşkilatları;
- Müvafiq sahibkarlıq subyekləri.
Əlaqə üçün mobil telefon: 055 500 12 17;
Elektron ünvan: [email protected].