Qusarda “Erkən nikah və fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Bu barədə ShimalNews 3 dekabr tarixində Xaçmaz RMİ-yə istinadən məlumat verir.

Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə çıxış edən mərkəzin direktor əvəzi Lalə Kərimova erkən nikah və onun yarada biləcəyi problemlər haqqında məlumat verib. Daha sonra Qadın Resurs Mərkəzinin hüquqşünası Mülkü Babaxanov çıxışında qız övladlarının məktəbdən yayındırılaraq erkən nikaha cəlb edilməsi probleminə toxunub.

Sonda erkən nikaha həsr olunmuş “Bir qızın hekayəsi” adlı videoçarx nümayiş olunub.