İsmayıllıda 400-ə yaxın ailənin yaşadığı Zeyvə kəndinin yolunu sel aparıb. Bu haqda ShimalNews 2 dekabr tarixində Dünya TV-yə istinadən məlumat verir.
Kəndə aparan yol asfaltlanıb, lakin əhalinin bir hissəsi əziyyət çəkir. Basqal çayı Zəyvəni 2 hissəyə ayırır və onun üzərindən körpü yoxdur.
“47 baş xırda buynuzlu heyvanımı bu çay aparıb. İndi burada su yoxdu, amma sel elə gəlir ki, onun qabağında durmaq mümkün olmur. Sizdən biz xahiş edirik, köməklik göstərəsiniz ki, burada yüngül körpü olsun, heç olmasa lazım olan vaxt özümüzü müdafiə edə bilək”, – deyə sakin Əli Abbasov bildirib.
İsmayıllı RİH-dən bildirildi ki, məsələ ilə bağlı rayon rəhbərliyinin məlumatı var və aidiyyəti orqanlara müraciət olunub.