Xudat şəhərində baş verən qəza nəticəsində xəsarət alanlar var. Bu haqda ShimalNews 30 noyabr tarixində məlumat verir.

Hadisə 2-ci şöbə adlanan ərazidə qeydə alınıb. “VAZ-2107” markalı avtomobil “Niva” markalı avtomobilə çarpılıb.

Şahidlərin sözlərinə görə, müxtəlif bədən xəsarətləri alan yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.