Xaçmazın icra başçısı Aslanoba, Seyidlikəndyeri, Xuray və Aşağıoba kəndlərinin sakinləri ilə görüşüb. Bu haqda ShimalNews 30 noyabr tarixində quruma istinadən məlumat verir.

Qəbul Aslanoba kəndində keçirilib. Görüşdə Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri iştirak ediblər. Səsləndirilən məsələlər arasında suvarma suyu ilə təchizat, daxili yolların təmiri, subsidiyaların təyinatı kimi məsələlər üstünlük təşkil edib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Tədbirin sonunda Vətən müharibəsi iştirakçılarına təltif olunduqları medallar təqdim olunub.