Quba, Qusar və Xaçmaz rayonlarında yerləşən sahibkarlıq subyektlərində Qida Təhlükəsizliyi Agentliyi monitorinqlər keçirib. Bu haqda ShimalNews 30 noyabr tarixində agentliyə istinadən məlumat verir.
Agentlik əməkdaşları tərəfindən qida sahəsində fəaliyyət göstərən müəssisələrdə nöqsanlar müəyyən olunub. Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş qida obyektlərinin siyahısını təqdim edirik:
№ | Sahibkarlıq subyekti | Ünvan | Fəaliyyət sahəsi | Aşkar olunan nöqsanlar | Görülən tədbir |
İlkin istehsal obyektləri | |||||
1 | Vüqar Əhmədov | Qusar rayonu, Yeni Həyat kəndi | Meyvə bağı | Sanitar norma və qaydaların pozulması | İnzibati protokol tərtib olunub |
2 | “Yaşıl Ranço” MMC | Xaçmaz rayonu, Ləcət kəndi | Meyvə bağı | Sanitar norma və qaydaların pozulması | İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
İctimai iaşə müəssisələri | |||||
3 | Şərəfulla Əzimov | Quba rayonu, İkinci Nügədi kəndi | Kafe | Sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması | İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
4 | Əhməd Gülməmmədov | Quba rayonu, Ərməki kəndi | Kafe | Sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı | İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
5 | İlqar Eyvazov | Quba şəhəri, N.Nərimanov küçəsi | “Çeşmə” restoranı | Sanitar norma və qaydaların pozulması | İnzibati protokol tərtib olunub |