Bu gün şəhid Şair Heydərovun qız övladını doğmaları doğum evindən evə aparıblar. Bu haqda ShimalNews 30 noyabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.

“YAŞAT” Fondunun və Qubadakı “ASAN Xidmətin” əməkdaşları, Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsinin hərbçiləri, xəstəxana kollektivi, Yeganə adı verilən körpəni evə yola salıblar.

Fond tərəfindən körpənin zəruri xərclərinin qarşılanması üçün 1000 manat dəyərində vəsait anasının hesabına yerləşdirilib. “YAŞAT” Fondu, həmçinin Yeganənin adına depozit hesabı açıb. Oraya köçürüləcək 5000 manat və üzərinə mütəmadi toplanan faizlər ilə birlikdə formalaşacaq məbləği Yeganə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.