Qusar Olimpiya İdman Kompleksində futbol üzrə Dünya çempionatının oyunları iri ekran vasitəsilə nümayiş etdiriləcək. Bu haqda ShimalNews 30 noyabr tarixində idman kompleksinə istinadən məlumat verir.

Qətərdə təşkil olunan çempionatın qrup mərhələsində C və D qruplarında sonuncu – III tura start veriləcək.

C qrupunun lideri Polşa ikinci sıradakı Argentina ilə üz-üzə gələcək. Səudiyyə Ərəbistanı yığması Meksikanın müqavimətini qırmağa çalışacaq. Bu qrupda bütün komandaların 1/8 final mərhələsinə yüksəlmək şansları var.

D qrupunda pley-offu təmin edən Fransa Tunislə, Avstraliya isə Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək. Digər üç komandanın pley-off şansları qalmaqdadır.

Fransa, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə və ABŞ 1/8 finala yüksəlib.

Cədvəl:

C qrupu

23:00. Polşa – Argentina

23:00. Səudiyyə Ərəbistanı – Meksika

Xal durumu: Polşa – 4, Argentina – 3, Səudiyyə Ərəbistanı – 3, Meksika – 1.

D qrupu

19:00. Avstraliya – Danimarka

19:00. Tunis – Fransa

Xal durumu: Fransa – 6, Avstraliya – 3, Danimarka – 1, Tunis – 1.