Qusar “Fikrət Əmirov Musiqi Dünyası” adlı tədbir keçirilib. Bu haqda ShimalNews 30 noyabr tarixində Qusar şəhər Uşaq İncəsənət Məktəbinə istinadən məlumat verir.

Tədbir görkəmli bəstəkar, ictimai xadim, Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət Mükafatı laureatı Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə təşkil edilib. Məktəbin müəllimi Aytən Səlimova Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş mühazirə oxuyub. İştirakçılara videoçarx nümayiş edilib, daha sonra müəllim və şagirdlər dahi bəstəkarın əsərlərini ifa ediblər.