Qubanın Heydər Əliyev prospektində zəncirvari qəza baş verib. Bu haqda ShimalNews 30 noyabr tarixində məlumat verir.
Hadisə 13:00 radələrində “Nord Hospital”ın qarşısında qeydə alınıb. “VAZ-2107” markalı avtomobil “Hyundai” markalı avtomobili arxadan vurub, o isə “VAZ-21012” markalı avtomobilə çarpılıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan olmayıb. Əraziyə YPX və sığorta əməkdaşları gəliblər.
Şahidlərin sözlərinə görə, qəza sürücülərin ara məsafəsinə riayət etmədiklərinə görə baş verib.