Qubada məktəbin yaxınlığında “uşaqlar” xəbərdarlıq nişanı aşıb. Bu haqda ShimalNews-a 30 noyabr tarixində məlumat daxil olub.

Yol nişanı Alekseyevka kənd tam orta məktəbindən təxminən 300 metr aralıda yerləşir. Sakinlərin sözlərinə görə, bu hal 1 ilə yaxın müddətdə daim müşahidə olunur. Nişan təmir edilir, lakin 1-2 günə yenidən yerindən çıxır.

“Nişanın belə olması valideynləri narahat edir. Yol nişanını görməyən sürücülər sürətlə hərəkət edərək şagirdləri təhlükəyə atırlar”, – deyə sakin bildirib.

Vətəndaşları narahat edən digər məsələ yolun asfalt örtüyünün pis vəziyyətdə olmasıdır. Payız-qış aylarında uşaqlar və valideynlər palçıq dolu yollarla məktəbə gedirlər. Onlar bildirirlər ki, aidiyyəti qurumlara müraciət etsələr də, məsələ hələ də həllini tapmayıb.