İsmayıllıda mağazalarda quraşdırılan ödəmə terminallarını talayan şəxs saxlanılıb. Bu haqda ShimalNews 30 noyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.

Saxlanılan şəxsin terminallardan oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsilə anbaan qeydə alınıb. Keçirilən əməliyyat nəticəsində son bir neçə ay ərzində 25-ə yaxın mağazada terminalları sındırmaqla orada olan vəsaitləri oğurlayan Qəzənfər Babayev tutularaq istintaqa cəlb edilib.

Araşdırmalar zamanı onun, həmçinin paytaxtda və Tovuzda müxtəlif şəxslərə məxsus obyektlərdə olan ödəmə aparatlarından oğurluq etdiyi məlum olub.

Babayev barəsində həbs qətimkan tədbiri seçilib.

İsmayıllı ödəmə terminallarını talayan şəxs saxlanılıb
Foto DİN
İsmayıllı ödəmə terminallarını talayan şəxs saxlanılıb
Foto DİN