Bu gün Qusar Olimpiya İdman Kompleksində futbol üzrə Dünya çempionatını izləmək mümkün olacaq. Bu haqda ShimalNews 29 noyabr tarixində idman kompleksinə istinadən məlumat verir.
Qətərdə təşkil olunan çempionatın qrup mərhələsində sonuncu – III turuna start veriləcək. Günün oyunları iri ekran vasitəsilə nümayiş etdiriləcək.
A qrupunda 4 xalla ilk 2 pilləni bölüşdürən Niderland ilə Ekvador yığmaları müvafiq olaraq Qətər və Seneqal milliləri ilə qarşılaşacaq. Onları pley-offa yüksəlmək üçün heç-heçə də qane edəcək. Ev sahiblərinin isə artıq qrupda qalması rəsmiləşib.
B qrupunda İran millisi ABŞ ilə, İngiltərə seçməsi Uelsə qarşılaşacaq. Bu qrupda bütün komandaların 1/8 finala vəsiqə qazanmaq şansı var.
Fransa, Braziliya və Portuqaliya yığmaları artıq pley-offa vəsiqəni təmin ediblər.
Cədvəl:
A qrupu
19:00 – Ekvador – Seneqal;
19:00 – Niderland – Qətər;
23:00 – İran – ABŞ;
23:00 – Uels – İngiltərə.