Quba rayon Mədəniyyət Mərkəzi və Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin növbəti aylıq seminar-müşavirəsi keçirilib. Bu barədə ShimalNews 29 noyabr tarixində Quba MKS-ə istinadən məlumat verir.

Görüşdə mərkəzin direktoru R. Ramazanov cari ilin dekabr ayında həyata keçiriləcək bədii-kütləvi tədbirlər, görülən işlər və qarşıda duran vəzifələri əhatə edən gündəliklə iştirakçıları tanış edib. Quba rayon MKS-nin direktoru Saməddin Nəsirov cari ilin noyabr ayı ərzində mədəniyyət müəssisələrinin fəaliyyətini, əldə edilən nəticələri, yol verilən nöqsanları ətraflı təhlil edib, dekabr ayı ərzində həyata keçiriləcək tədbirlərdən danışıb.

Mədəniyyət işçilərini maraqlandıran suallar cavablandırılıb, təkliflər müzakirə olunub.