Əslən Qubadan olan gənc musiqiçi və onun iştirakçısı olduğu qrup “Ən yaxşı yeni beynəlxalq sənətçi” nominasiyasında qalib olub. Bu haqda ShimalNews 29 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

“Mamagama” qrupunun üzvləri  qubalı Asəf Mişiyev (Safael) və Roman Zilyanevin (Roman Zee) Albaniyada keçirilən “Kënga Magjike” beynəlxalq musiqi festivalında iştirak ediblər. Onların ifa etdikləri və Azərbaycanın milli motivlərinin səsləndiyi “Dreamer” mahnısı 4-cü yerə layiq görülüb.

Dünyanın başqa yerində olmasına baxmayaraq, Vətən, torpaq sevdası qubalı gənci buraxmır. Bir müddət öncə Asəf sosial media hesabında “Qubanın ağ alması” mahnısını ifa etdiyi videonu paylaşmışdır.

“Bu mahnıdan bir parça oxumaq mənim üçün çox vacib idi, çünki mən əslən Quba şəhərindənəm. Baxmayaraq ki, mən Bakıda doğulub, boya-başa çatmışam, amma hər dəfə əcdadlarımın keçmişinə toxunmaq istəyən zaman bu mahnını zümzümə edirəm. Məncə xalq musiqisinin gücü bundadır. Mən həmişə Azərbaycan musiqisinə və bu hisslərə aşiq olacağam”, – Asəf Mişiyev videonu şərh etmişdir.

 

 

View this post on Instagram

 

A post shared by SHIMAL NEWS (@shimal.news)