Xaçmaz rayonunda yerləşən “Atabank” ASC-nin balansında olan daşınmaz əmlak təkrar hərraca çıxarılacaq. Bu barədə ShimalNews 28 noyabr tarixində Əmanətlərin Sığortalanması Fonduna istinadən məlumat verir.

Heydər Əliyev prospekti, 33B ünvanında yerləşən qeyri-yaşayış binası hərraca təkrar çıxarılacaq. Əmlakın hərracdakı ilkin satış qiyməti 34 min 425 manatdır. Müsabiqədə iştirak etmək üçün qiymətin 5 faizi həcmində beh ödənilməlidir.

Hərrac 7 dekabr saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə baş tutacaq.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi, 27 (“AVİS” aptekin arxası).

Əlaqə nömrəsi: (055) 206-66-67.